Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Ayətullah Xameneinin ayaqqabılarının itməsi əhvalatı

Çox səliqəli olan Ağa həmin günlər o qədər məşğul idi ki...

Ustad Məhəmmədkazim Niknam h-ş. 1326-cı ildə Tehranda dünyaya göz açıb. Ərəb ədəbiyatı ixtisasına yiyələnib. İnqilabi mübarizədə ön xətdə olub. İmam Xomeyninin (r) vətənə qayıdışına hazırlıq tədbirlərində yaxından iştirak edib. Şəhid Mütəhhəri, Şəhid Behişti, Şəhid Bahünər, Ayətullah İbrahim Əmini, Həsənzadə Amuli, Cavadi Amuli, Məkarim Şirazi kimi alimlərlə yaxın ünsiyyətdə olub, onların elmindən bəhrələnib. (Fna.ir)

Ustad Məhəmmədkazim Niknam həmin günləri belə xatırlayır:

İmamın qarşılanması üçün iş bölgüsü aparılmışdı. Kimlərsə hava limanına getməli, kimlərsə qarşılanma mərasimi üçün sürudlar hazırlamalı idi. Mənə də mərhum Mürtəzayifərlə birlikdə İmamın çıxışı üçün tribuna hazırlamaq tapşırılmışdı. Hamı həyəcanlı idi, hamı tələsirdi...
İmam Rifah mədrəsəsində yerləşən günlərdən birində Ayətullah Xamenei gecə qərərgahda işini qurtarıb getmək istəyəndə məlum oldu ki, ayaqqabıları yoxdur. Ağa buyurdu ki, iclas var, tələsirəm. Təklif etdim ki, mənim ayaqqabılarımı geyib getsin, mən asydəlikdə onun ayaqqabılarını taparam. Dedim ki, sabah ayaqqabıları dəyişərik, hərə öz ayaqqabısını geyər. Ağa qəbul etdi, mənim ayaqqabılarımı geyib yola düşdü. O gedəndən sonra nə qədər axtardımsa bir cüt dağılmış ayaqqabıdan başqa ayaqqabı tapa bilmədim. Düşündüm ki, kimsə öz dağılmış ayaqqabılarını buraya atıb, Ağanın ayaqqabılarını geyib gedib. Ayaqlarımı əzsə də həmin dağılmış ayaqqabılarla evə getdim. Səhəri gün Ayətullah Xamenei gələn kimi ayaqqabılarını soruşdu. Dedim ki, tapa bilmədim. Ağa kənardakı dağılmış ayaqqabıları görüb gülümsündü. Buyurdu ki, ayaqqabılar tapılıb ki! Bəli, çox səliqəli olan Ağa həmin günlər o qədər məşğul idi ki, ayaqqabı yada düşmürdü! Mən tələsik dağılmış ayaqqabıları götürüb dedim ki, yox, hələlik mənim ayaqqabılarımı geyin, mən bu ayaqqabıları təmir etdirib gətirərəm...

Vilayet.info
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber