Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2016

Yunanıstan baş naziri nə üçün İrana Türkiyə üzərindən gəlməyib?

Yunanıstan dövləti əvvəlcədən elan etmişdi ki, baş nazir Aleksis Siprasın 7-8 fevral tarixlərində İrana planlaşdırılan səfəri hərbi təyyarə ilə, Rodos adasında yanacaqdoldurma enişi ilə həyata keçəcək. Asriran.com xəbər verir ki, uçuşa az qalmış Türkiyə dövləti hərbi təyyarənin qeyri-hərbi adada enişinə icazə verməyib. (Rodos adası Yunanıstana məxsusdur) Aleksis Siprası gətirən təyyarə Türkiyə üzərindən qısa yolla yox, Suriya və İraqın cənubunda Kipr, Misir, İordaniya, Səudiyyə Ərəbistanı səmasından qeyri-adi bir yolla İrana gəlib.
İnsidentlə bağlı Yunanıstan dövləti Ankaraya etiraz bildirib. Yunanıstan baş nazirinin administrasiyasının mətbuat xidməti bəyanat yayaraq Türkiyənin bu addımının beynəlxalq qanunlara və razılaşmalara zidd olduğunu bildirib. Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında ərazi iddiaları səbəbindən uzun müddətdir gərginlik yaşanır.

Vilayet.info
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber