Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Suriya parlamentinin üzvü: Səudiyyə Ərəbistanının ordusu yoxdur!

Suriya parlamentinin deputatı və Suriya dövlətinin Cenevrədə müzkirə aparan heyətinin əsas üzvü Ömər Əvsi bəyan edib: Səudiyyə Ərəbistanının mütəşəkkil ordusu yoxdur. Onlar türklərin yanına Suriyada döyüşmək üçün muzdlu döyüşçülər göndərəcəklər.
Nur-az.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, o ehtimal edib ki, Türkiyə NATO-dan yaşıl işıq aldıqdan sonra Suriyanın şimalındakı kürdlərin nəzarətində olan məntəqələrə quru hücumu edəcək.
Rusiya əl-Yəvm kanalına müsahibə verən Ö. Əvsi təkidlə bildirib: Səudiyyə Ərəbistanı Suriyaya qüvvə göndərməklə Türkiyəyə kömək edəcək. Ola bilər ki, qüvvələri Madaqaskar, Mavritaniya, Cibuti və ərəb muzduru olan bəzi ölkələrdən toplayacaq və Səudiyyə Ərəbistanı ordusu adı altında birləşdirəcək.
O əlavə edib: Ankaranın Suriyanın şimalında “bitərəf region” yaratmaq ideyasının qaçqınlara aidiyyatı yoxdur.
Əvsi bildirib: Riyazın müdaxilə edəcəyi təqdirdə kürd taborları Səudiyyə qüvvələrilə mübarizə edəcəklər. Kürd Fəhlə Partiyası (PKK) da Türkiyə qüvvələrini məğlub etmək üçün öz hərbi fəaliyyətlərini artıracaq.
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP