Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

"Metroya bomba qoyacağam"

Naməlum şəxs Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib.

102 xidmətinə bir neçə gün öncə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron Rayon Şöbəsi, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonu Saray qəsəbəsində yaşayan İmişli rayon sakini 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olması müəyyən edilib./Qafqazinfo/
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10