Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

“1000 bərəkət”dən kiflənmiş kolbasa - Foto

Bakıda “1000 bərəkət, halal nemət” markasına aid kiflənmiş kolbasa aşkarlanıb.

Yaşar Nuri adlı Feysbuk səhifəsində həmin məhsulun şəkli yayımlanıb.

Səhifənin admini qeyd edib ki, bu şəkli sosial şəbəkə istifadəçisi olan xanımlardan biri paylaşıb. O, hər kəsi diqqətli olmağa çağırıb. Fotodan da görünür ki, sözügedən firmanın kolbasa məhsulu kiflənib.

Bir müddət əvvəl isə “Sacüstü sosiskaları” markasından qurd çıxmışdı. Hər iki marka “Səhliyalı” şirkətinin istehsalıdır.

Şirkət 1996-cı ildə bazarda iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. Şirkətin emblemindeki BS loqotipi Bəşirov Səhliyalı ad-soyadının baş hərflərindən götürülüb. 

594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP