Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Təyyarələr bomba əvəzinə kağız səpdi - Suriyada

Suriyada Rusiyanın da dəstəyi ilə əməliyyatları artıran Suriya hökumətinə aid təyyarələrdən terrorçuların əlində olan ərazilərə bildirişlər atılıb.

Hökumət təyyarələrlə terrorçuların olduğu ərazilərə atdığı bildirişlərdə onlardan təslim olmağı istəyib.

Bildirişlər təyyarələrlə Hələb və Əzəz bölgələrinə atılıb. Bildirişlərdə terrorçuların silahı yerə qoyması yerli əhalinin də hökumət ordusunda döyüşmələri lazım olduğu bildirilir.

Bölgəyə atılan bildirişlərdə deyilir: "Əziz Suriya xalqı, Suriya ordusunun əməliyyatları başlayıb və davam edəcək. Ən sonuncu terrorçu öldürülənə qədər əməliyyatlar sürəcək. Terrorçuları evinizdən, kəndinizdən və şəhərinizdən qovun. Silahınızı yerə qoyun. Dövlətin kölgəsinə qayıdın. İnanın ki, əvvəlkindən daha yaxşı olacaq".
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...