Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

“Dovğalıq” iqtisadiyyatla lovğalananlar

Əhalini kredit bataqlığına yarıtmaz siyasət yuvarlayıb

Artıq rəsmi rəqəmlər də təsdiqləyir ki, Azərbaycan xalqı borc batağlığına düşüb. Kredit borcları vətəndaşın cəlladına çevrilib. 2.5 milyon vətəndaş banklara yüksək faizlərlə pul ödəyir, problemli kreditlərin həcmi getdikcə artır, bank kreditləri vətəndaşı intihar həddinə çatdırıb və hökumət bu təhlükəli tendensiyanın qarşısını almaq istəmir. Hətta dollarla krediti olanların köhnə məzənnə ilə ödəniş etməsi üçün şərait yaradılmadı. Ümumiyyətlə, kredit borcları elə bir səviyyəyə çatıb ki, bunu hökumət də dana bilmir. Hətta hökumətin sözçüsü rolunda çıxış edən “Azərbaycan” qəzeti də bu mövzuda məqalə dərc edib. Qəzet öz aləmində məsələyə obyektiv yanaşmaq istəyib, banklarla bağlı bəzi tənqidi fikirlər qeyd olunub və kredit götürənlər də sərt tənqid edilib.

“Qınanılası olanları qeyd etdik, onlar indi yersiz nəfslərinin, təkəbbürlərinin, görməmişliklərinin girovlarına çevriliblər. Evlərində dovğalıq olmayıb, könüllərindən lovğalıq keçənlərin aqibəti elə bu cür də olmalıdır”- deyə məlum məqalədə yazılır.

Yəni, qəzet kredit götürənlərin böyük bir hissəsini təkəbbürlü olmaqda, görməmişlikdə ittiham edib və adamların üzləşdikləri problemə haqq qazandırıb.

Əvvəla, onu qeyd edək ki, “Azərbaycan” qəzetinin bank sektorundakı vəziyyətlə bağlı tənqidi notlar səsləndirməsi qeyri-səmimi görünür. Çünki, bu qəzet uzun illərdi yarıtmaz, acgöz, talançı siyasətə haqq qazandırıb. Bu ölkədə bankların kimlərə məxsus olduğu, ən yüksək faizlə kredit verən bankların hansılar olduğunu müəllif də bilməmiş deyil. Amma bugünə qədər “Azərbaycan” qəzeti bu haqda bir cümlə yaza bilməyib. Çünki, nazirlərə, iri məmurlara məxsus bankları tənqid etmək, “Azərbaycan”ın missiyasına daxil deyil.

Digər tərəfdən, vətəndaşı borc bataqlığına salan bu hakimiyyətin məqsədli siyasətidir. Son 15 ildə yalnız neftdən ölkəyə 120 milyard vəsait daxil olub. Amma bu vəsait büdcəyə getməyib, real sektora sərf olunmayıb, vətəndaşın əmək haqqında hiss olunmayıb. Yəni, milyardlar şəxsi ciblərə gedib. Əvəzində, hökumət bu miylardları cəmiyyətin yadından çıxarmaq, diqqətləri yayındırmaq üçün “kredit bataqlığı” yaratdı. Yəni, cəmiyyətə təklif olundu ki, kreditlə evinə mebel, sürməyə avtomobil, danışmağa telefon ala bilərsən. Təbii ki, aldığı əmək haqqı zəruri ehtiyacını ödəyə bilməyən vətəndaş, yalnız kreditlə problemini həll edə bilər. Məsələn, 200 manat maaş alan müəllim qızına cehiz almaq üçün kredit götürməliydi, yaxud taksi fəaliyyəti göstərmək istəyən adam yalnız kreditlə avtomobil ala bilərdi. Bu ölkədə vətəndaşa başqa imkan tanınmayıb. Vətəndaş o zaman normal həyat yaşaya bilir ki, onun qazancı əlavə dəyər yaratsın. Azərbaycan reallığında isə vətəndaşın qazancı əlavə dəyər yaratmır. Əksinə, əlavə borclanmanı zəruri edir. Yuxarıda da qeyd etdiyimz kimi ölkədə bankların böyük əksəriyyəti iri məmurlara məxsusdur və məmur vətəndaşa ən yüksək fazilə kredit təklif edir. Deməli, bir tərəfdən vətəndaş ən aşağı maaş alır, o biri tərəfdən bu maaş kredit faziləri şəklində vətəndaşdan geri alınır. Digər tərəfdən, ölkənin bütün sahələri məmurların inhisarında olduğuna görə vətəndaş bütün məhsulları 15-20 qat baha qiymətə almalı olub. Heç olmasa monopoliyalar aradan qaldırılmış olsaydı, az maaşla müəyyən qədər zəruri ehtiyacları ödəmək olardı. Amma hökumət nə monopoliyanı ləğv etdi, nə maaşlar artırıldı, nə də kredit faziləri azaldıldı. Üstəlik, bir ildə iki dəfə milli valyuta dəyərdən düşdü və bunun da zərbəsi sadə vətəndaşa dəydi. Bəli, 130 faizlik devalvasiya, 30-40 fazilik bahalaşmadan sonra, 10 faizlik maaş artımı ilə vətəndaş növbəti dəfə ələ salındı.

“Azərbaycan” qəzeti isə “Banklar göz yaşına niyə inanmır” bşalıqlı məqaləsində vətəndaşı lovğalıqda ittiham edir. Bu ölkədə hökumət vətəndaşın göz yaşına inanmayıbsa, banklar niyə inansın ki? Qarabağ qazisi özünü yandırır, şəhid ailəsi komada yaşayır, banka borcu olanlar özünü asır və hökumətin bu göz yaşlarını silməsi müşahidə olunmur. Əvəzində, Avropa Oyunlarına 8 milyard xərclənir, Formula-1 yarışlarına 150 milyon sərf olunur, SOCAR Londonda ziyafət verir və s.

Hansıki, bu qədər pulları vətəndaşın probleminə yönəltmək olardı.

Birdə ki, heç kim lovğalığından kredit götürməz. Əksinə, lovğa, təkəbbürlü adam kreditə ehtiyacı olmadığını nümayiş etdirər. Sadəcə olaraq “Azərbaycan” qəzetinin mədh etdiyi hökumət ölkəsindəki “dovğalığı” talan edərək, özünü lovğa göstərib.

Bu gün ölkə vətəndaşının banklara 22 milyard borcu varsa, bu hökumətin oğru, acgöz siyasətinin nəticəsidir. 95 milyard dollar ölkədən oğurlanmasaydı, hökumət ölkəyə şəxsi obyekt kimi baxmasaydı, nəticə belə olmazdı. Iqtisadiyyatı dovğalıq edib, lovğalanmağın axırı belə olur./azadlıq/
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14