Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Qərb Riyaza Suriyaya hərbi müdaxilə barədə xəbərdarlıq etdi

Rəy əl-yəvm portalı yazıb: Bəzi Avropa ölkələri Səudiyyə Ərəbistanına xəbərdarlıq ediblər ki, Suriyaya hücum üçün geniş miqyaslı hərbi qüvvə göndərəcəyi təqdirdə gözlənilmədən İran və İraq tərəfindən hücuma və ya şiə intifazəsinə məruz qala bilər.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanı bir neçə həftədir ki, “İŞİD-lə mübarizə aparmaq” habelə Bəşər Əsədi devirmək adı altında Suriyaya hücum etmək üçün ərəb və islam qüvvələrinə ayrılıqda və ya beynəlxalq koalisiya çərçivəsində özünün rəhbərlik edə biləcəyi imkanından dəm vurur.
Səudiyyə Ərəbistanının hərbi komandanlığı bu günlərdə “Rəd əş-şimal” adlı genişmiqyaslı hərbi təlimlərə start verib. Məqsəd müxtəlif ölkələrin iştirak etdiyi təlimlərdə qüvvələrin bir-birilə əməkdaşlığının yoxlanılması elan olunub.
+ Rəsmi Kreml də Riyaza macəra axtarmaqdan çəkinməyi məsləhət görüb
Kreml bildirib: Bu təlim İraq və Suriya ilə qalmaqal yaratmağa səbəb olur.
Rusiyanın bəzi media orqanları Türkiyə və Səudiyyə Ərəbistanı qüvvələrinin Suriyaya daxil olacağı təqdirdə ölkələrinin qırıcılarının onlarla mübarizə apara biləcəyi barədə yazıblar.
+ Qərb Səudiyyənin macəra axtaran nazirindən narahatdır
Bu arada bəzi Qərb ölkələri Ərəbistandan bu məsələni təxirə salmağı istəyiblər. Onlar özlərinin çox narahat olduqlarını gizlətmirlər. Səudiyyənin müdafiə naziri Məhəmməd bin Salmanı bir “macər axtaran” kimi xarakterizə edirlər. O, öz ətrafını yalnız şiələrlə müharibə etmək həvəsində olan təcrübəsiz cavan zabitlərlə doldurub.
+ İraq hərbi qüvvələri və Ərəbistanın şərqindəki şiələrin Ali-Səud əleyhinə təhriki
Bəzi Qərb mənbələri ehtimal edirlər ki, Səudiyyənin Suriyaya hücumda giriftar olacağı təqdirdə İraq hərbi qüvvələri və Ərəbistanın şərqindəki silahlı şiə qruplaşmaların Ərəbistanla qarşıdurmaya qalxacağı mümkündür.
+ Ərəbistanla qarşıdurmada Rusiyanın dəstəyi və İranın var qüvvəsilə hazır olması
Bu Qərb mənbələri bildiriblər ki, müharibə baş verəcəyi təqdirdə iranlılar Rusiyanın dəstəyilə bütün qarşıdurma meydanlarında olacaqlar. Hazırda regionda Rusiyanın daha çox hərbi dəniz qüvvələri və qırıcıları yerləşib. Halbuki Qərbin hərbi qüvvələri və təchizatı azalmışdır.
+ Ərəbistanın Suriyaya hücumu Riyaz üçün faciəli olacaqdır
Bu məsələ Səudiyyə Ərəbistanı ordusu əleyhinə Yəmən və Suriyadan sonra üçüncü cəbhənin açılmasına səbəb olacaqdır və Ərəbistanın başını qatacaq və ölkəni zəiflədəcək. Habelə, əgər Ərəbistanın şiələri ayağa qalxacağı təqdirdə bu ssenari bir faciəyə çevriləcək. Çünki Ərəbistan şiələri Ali-Səud hökumətindən qurtulmaq və Şeyx Nimrin intiqamını almaq üçün bir fürsət axtarırlar.
Fransa və İngiltərədən olan bəzi qərbli rəsmilər bu güclü ehtimalları Riyaz hakimlərinə ötürmüşlər ki, onları Suriyada istənilən hərbi macəra axtarmaq fikrindən çəkindirsinlər. Ola bilər ki, bu macəralar onların özünü oda salsın.
699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41