Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Rusiya Xəzərdən İrana silah göndərir

Rusiyada səfərdə olan İranın Müdafiə naziri Hüseyn Dehqan sabah S-300 zenit-raket komplekslərinin birinci partiyasının Tehrana göndərilməsi mərasimində iştirak edəcək.

Bu barədə “Sputnik” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, mərasim Həştərxanda baş tutacaq.

Mənbə bildirib ki, kompleks buradakı limanlardan birində gəmiyə yüklənərək, Xəzər dənizi vasitəsilə İrana göndəriləcək.

Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə S-300 zenit-raket kompleksinin satışı barədə 900 milyon dəyərində müqavilə imzalayıb. İranın nüvə fəaliyyəti ilə əlaqədar müqavilənin tətbiqi də dondurulub. Lakin Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin aprelində qadağanın aradan götürülməsi barədə sərəncam imzalayıb./axar/
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21