Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Ölüm ayağında olan Qarabağ qazisinin ürək dağlayan müraciəti...

Rəhman Rzayev qaraciyər serrozundan əziyyət çəkir; əlil müalicəsi üçün dövlətin verdiyi avtomobili də satıb; qazi prezidentdən kömək istəyir
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 4-də, Maşınqayırma zavodunun yataqxanasında yaşayan II qrup Qarabağ əllili Rzayev Rəhman Məmməd oğlu ölüm ayağındadır. Qaraciyər serrozundan əziyyət çəkən Qarabağ qazisi “Yeni Müsavat”dan kömək istəyib.

Şikayətçi bildirir ki, müalicə olunmağa maddi imkanı yoxdur. Əlil aidiyyatı orqanlara etdiyi müraciətlərin cavabsız qaldığını söyləyir: “İki ildir xəstəxanalardayam. Qaraciyər serrozundan əziyyət çəkirəm. Müalicə olunmaq üçün maddi imkanım da yoxdur. Müalicə alıram, 10 gündən sonra yenidən baş qaldırır. Hansı həkimin yanına gedirəmsə, deyir ki, bizlik deyil, dövlət səviyyəsində müalicə olunmağa şərait yaradılmalıdır. Əvvəllər müalicə olunanda bir qədər özümə gəlirdim. Artıq iki gündür müalicənin də xeyrinin olmadığını görürəm. Güclü iynələr almağa maddi imkanım çatmır. Yataqxanada qalıram, özüm də qaçqınam. Hara müraciət edirəmsə, heç bir faydası yoxdur. Sizlərdən çox xahiş edirəm ki, mənə səsimi yuxarı orqanlara çatdırmaq üçün kömək edin”.

Qarabağ qazisi dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etdiyini də qeyd etdi: “Səhiyyə Nazirliyinə, Prezident Aparatına müraciətlərim olub. Amma cavab gəlməyib. Qəzetiniz vasitəsilə cənab prezidentə, onun xanımı Mehriban Əliyevaya, səhiyyə nazirinə müraciət edirəm. Mənə kömək etsinlər. Torpaqlarımız uğrunda döyüşlərdə ölmədim, amma maddi ehtiyac ucbatından indi ölmək üzrəyəm. Azərbaycanda heç bir həkim məni müalicə edə bilmir. Xaricdə müalicəm mümkündür. Sağaldıqdan sonra özümü dolandırmaq gücündə olan adamam. Heç kəsdən pul istəmirəm. Ağdamda döyüşmüşəm. Milli qəhrəman Çingiz Mirzəyevin əsgəri olmuşam. Ağdərə döyüşlərində də iştirak etmişəm. Bir ayağımı bu vətən uğrunda qurban vermişəm. Dünən Sabunçu xəstəxanasından çıxdım. Yenə də ağrılarım baş qaldırıb. Dövlətin mənə verdiyi avtomobili də məcburiyyət qarşısında qalıb satdım. Müalicəmə xərclədim. Pulsuz verilən dərmanların heç bir xeyri yoxdur. Bütün dərmanları şəxsi cibimdən alıram”.

Şikayətçi əllilərlə bağlı fəaliyyət göstərən heç bir quruma üzv olmadığını da qeyd etdi./musavat/
639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.1