Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2016

Siyavuş Novruzov dediklərini niyə danır?

YAP-çı deputatın məlum fikirləri “Yeni Azərbaycan” qəzetində dərc olunub

YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirmişdi ki, partiya sıralarına yaşlı adamların qəbulu dayandırılıb. Bu xəbər sosial şəbəkələrdə, mətbuatda tirajlandı və müxtəlif şərhlər verildi. Biz də YAP-çı deputatın fikirlərinə münasibət bildirdik və yaşlı adamların partiyaya deyil, vəzifələrə qəbulunun dayandırılmasını təklif etdik.

Amma bu gün YAP bəyanat verib və bəzi KİV-ləri partiyanın demokratik imicinə zərbə vurmaqda, YAP-ın fəaliyyətinə kölgə salmaqda ittiham edib. Siyavuş Novruzov da məsələyə münasibət bildirib və fikirlərinin təhrif edildiyini vurğulayıb. O qeyd edib ki, Partiyaya qəbulda heç bir yaş senzi, ayrı-seçkilik və məhdudiyyət qoyulmur.

Göründüyü kimi YAP Siyavuş Novruzovun səhvini düzəltməyə çalışır, Siyavuş Novruzov isə dediklərini danır. Məsələ burasındadır ki, Siyavuş Novruzov bu açıqlaması müxalifət qəzetində dərc olunmayıb. YAP-ın mətbu orqanı “Yeni Azərbaycan” bu müsahibəni dərc edib və Siyavuş Novruzovun “Yaşlı nəslin nümayəndələrinin partiyaya qəbulunu dayandırmışıq” fikrini başlığa çıxardıb.

Əgər burda təhrif, qərəz, kölgə salma varsa bunu hansısa KİV-lər deyil, hökumət mətbəxində olanlar edib. Amma inadırıcı deyil ki, “Yeni Azərbaycan” qəzeti Siyavuş Novruzovun fikirlərini təhrif etsin. Böyük ehtimalla YAP ayıbını gizlətmək üçün həmişəki kimi kənarda günahkar axtarır.
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı