Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Bakıda məşhur vəkilin villası yandırıldı

Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli villa yandırılıb. Olay fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində qeydə alınıb.
Məlumatı vəkil təsdiqləyib. Deyib ki, villa qəsdən yandırılıb. Vəkilin sözlərinə görə, villasının yandırılması haqda xəbəri ona qonşuları verib: “Bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Mənim heç kimlə şəxsi qərəzliyim yoxdur. Yanğın qəsdən törədilib. Şübhələndiyim şəxslər var”.
İ.Əsədov olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib: “Villam mənim vəkillik fəaliyyətimlə əlaqdar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir. Vəkillik fəaliyyətimlə əlaqdar onların mənafelərinə toxunduğumu bilirəm. Mənə 100 min manata yaxın ziyan dəyib. Bəzi dəqiqləşdirmələr aparıram. Bundan sonra bağımın yandırılması sifarişini verənlərin kimliyini açıqlayacağam”.
İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. Bi sıra adam oğurluqlarının açılması ilə bağlı araşdırmalar aparıb. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Mənim çıxdığım işlər haqda vaxtilə mətbuatda çox yazılıb. Hesab edirəm ki, sifarişi verən illərdir ki, məqam gözləyib. İndi iə belə bir addım atdılar. Məlumatları tam şəkildə dəqiqləşdirəndən bu haqda mətbuata əlavə açıqlama verəcəyəm”./istiqlal/
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41