Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Mürsi edam oluna bilər

Misirin eks-prezidenti Məhəmməd Mürsi casusluqda ittiham olunur. Sabiq prezident digər dövlətlərə casusluqda şübhəli bilinir. Müttəhimlər kürsüsündə Mürsidən başqa “Müsəlman qardaşları” radikal partiyasının rəhbərləri də əyləşib. İslamçıları da digər ölkələrin xeyrinə casusluq etməkdə və dövlətə xəyanətdə ittiham edirlər ki, bu da onları edam edilmək təhlükəsi ilə üz-üzə qoyur.

Bu ilin yayında həbsdən qaçma, dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham edilərək həbs edilən Mürsi digər 34 islamçıyla bərabər məhkəmə qarşısında dayanıb.

Prokurorun məlumatında deyilir ki, "Müsəlman Qardaşlar"ının Misirdə zorakılıq və terror aktlarının təşkilində əli olub. Bundan başqa islamçılar “Həmas” fələstin islam hərəkatı ittifaqının və “Hizbullah” təşkilatının terror planlarının hazırlanmasında ittiham olunurlar. /ans/
1648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber