Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

"Əgər Ramiz Mehdiyevin önündə alnım yerə dəyənəcən əyilsəydim..."

“YAP-ın pisliklərini az görməmişəm”

Eldar Sabiroğlu: “Əgər Ramiz Mehdiyevin önündə alnım yerə dəyənəcən əyilsəydim, hazırda heç bir problemlə rastlaşmazdım…”

Məşhur YAP-çı oğluna qarşı cinayət işi ilə bağlı gözləntiləri və rastlaşdıqları münasibət barədə danışdı

Məşhur YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu barəsində cinayət işi açılmış, hazırda ev dustağı olan oğlu Rüfət Səfərovla bağlı son vəziyyət barədə “Azadlıq” qəzetinə açıqlama verib.

Sabiroğlu bildirib ki, Rüfətin hazırda evdə, valideynlərinin, ailəsinin yanında olması hadisələrin yaxşı tərəfidir. Amma hər şeyin adi qaydada olduğunu da demək olmaz:

“Desəm ki, hər şey adi qaydada gedir, düz olmaz. Bəzi mürəkkəbliklər var ki, indi onlar bərədə danışmaq tezdir. Hələlik istintaq prosesi davam edir, görək sonu nə ilə qurtaracaq. Hansı qərarın qəbul ediləcəyi barədə konkret bir söz deyə bilmərəm”.

Oğlunun yenidən həbsinin mümkünlüyü barədə suala keçmiş deputat cavab verməyə çətinlik çəkib. Bildirib ki, istintaqın yekununu gözləyirlər. Hər şey yekunda aydınlaşacaq. Hazırda isə həm özü, həm də oğlu Rüfət maksimum səbirli olmağa çalışır. “Hər sözdən, fikirdən sonra Zərdabdan Korrupsiyaya qarşı Mübdarizə Baş İdarəsinə yeni-yeni adamlar gətirilir” deyə Sabiroğlu bildirib.

Keçmiş deputat deyib ki, oğlu Rüfət hazırda media ilə təmslarını məhdudlaşdırmaq zorundadır. Çünki açıqlamaları istintaqın qiymətləndirməsi baxımından arzulanmaz nəticələr doğura bilər.

Eldar Sabiroğlu üzləşdikləri son hadisələrə görə hələ də üzv olduğu YAP-dan çıxmaq barədə düşünmədiyini də deyib. “İctimai rəydə belə fikir dolaşır ki, Eldar Sabiroğluna daha hansı pisliklər edilməlidir ki, bu hakimiyyətin mahiyyətini dərk edib, onun müdafiəsindən, YAP-dan çəkilsin?”. Bu suala cavabında Sabiroğlu deyib:

“Belə düşünən insanların fikrinə hörmətlə yanaşıram. Ancaq mövqeyim istənilən situasiyada dəyişməzdir. Seçdiyim siyasi xətti bundan sonra da davam etdirəcəyəm. Xarakterim belədir. Mənə elə gəlir ki, bu gün şəxsi maraqları əsas tutub başqa düşərgəyə yol salaramsa, məqamı gələndə həmən siyasi məkanı da asanlıqla dəyişə bilərəm. Odur ki, tərcümeyi-halımda YAP-dan sonra özgə siyasi təşkilatın yazılmasını düşünmürəm. Baxmayaraq ki, YAP-ın yaxşılıqları ilə bərabər pisliklərini də az görməmişəm. Bunlar, bəli, məni narahat edir. Yaltaqlığı, ikiüzlülüyü, riyakarlığı bacarmış olsaydım, indi evdə oturmazdım. Amma bunlara getmədim. Etiraf edirəm ki, əgər Ramiz Mehdiyevin önündə alnım yerə dəyənəcən əyilsəydim, hazırda heç bir problemlə rastlaşmazdım… Görünür, onun qərarı idarəetmə mərkəzlərində bu gün də öz möhkəmliyini və qüvvəsini saxlayan əsas meyardır. O, insanlara elədiyini edir və asanlıqla, ustalıqla da etdiyi pislikləri birinci şəxsin ünvanına yükləməyi bacarır. Bu, onun bənzərsiz istedadıdır. Sonradan oğlum Rüfət də eyni tale ilə qarşılaşmalı oldu. Sabiq müstəntiqə münasibətdə də Baş prokuror hörmətli Zakir Qaralov Ramiz Mehdiyevin cızdığı üçbucağın içərisindən çıxmayaraq, haqq-ədalət yolunu tutmadı. Oğlum mənə görə cəzalandırıldı. Mən Zakir müəllimi yaxşı tanıyıram. Bir-birimizə münasibətimiz pis olmayıb. Onun rəhmətlik əmisi Zahid Qaralaovla isə əlaqələrimiz daha yaxın idi. İnsafən, deməliyəm ki, rəhmətlik Zahid müəllim haqqı nahaqqa heç zaman qurban verməzdi”.

Oğlu ilə bağlı hadisədən sonra əvəlki dostlarının onunla münasibətləri saxlayıb-saxlamadığı barədə isə Sabiroğlu bunları bildirib:

“Bir neçə dostum qalıb. Amma Rüfətin məsələsi məndə belə bir əminlik yaratdı ki, dost axtaranda da gərək tayını tapasan. Yoxsa vəzifəli, pullu adamlarla dostluq axıradək başladığı yerdə duruş gətirə bilmir. Əslində, burda bir qəbahət də görmürəm. Mənə görə nədən söz-sohbət hədəfinə çevrilməlidirlər?! Nə edirsən et, sonda bir üzülmə baş verəcəkdir. Dost saydığım adamların içərisində mənə yaxşılığı keçənlər də olub. Mən onlardan incimirəm. Qəlbən heç küsmürəm də. Nə etsinlər, zəhrimar mühit belədir. Ancaq “peşəkar” flügerlər də vardır ki, onların daşının üstündən daş hörmək mümkün deyildir. Belələri üçün həyatın mənası haram varidat toplamaqdan ibarətdir. Onlar pulun Məcnunudurlar, Allah bu sevgini onlara çox görməsin”.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı