Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Kəmaləddin Heydərov: Yığdıqlarımız bəsdir, daha incitməyəcəyik...

Kəmaləddin Heydərov nələri etiraf etdi?

Nazirlik uzun illər ərzində sahibkarlara maneə yaradıb

Ötən gün fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşüb. Nazir bildirib ki, bundan sonra tikinti şirkətlərinə problem yaradılmayacaq: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır.

Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

Göründüyü kimi böhran ölkəni elə vurub ki, hökumət etiraflar etməyə məcbur qalıb. Bəli, Kəmaləddin Heydərovun “bundan sonra heç bir maneə yaradılamyacaq” vədi, bugünə qədər süni maeələr yaradıldığının, tikinti şirkətlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edildiyinin etirafıdır.

Əslində, bu gün ölkənin ağır vəziyyətə düşməsinin əsas səbəblərindən biri də hökumətin qanunsuz müdaxilələri olub. Gömrüyün, verginin, fövqəladənin, MTN-in, DIN-in və digər strukturların qanunsuz addımları, ölkədə sahibkarlıq mühitini məhv edib, iş adamlarını ölkədən didərgin salıb.

Tikinti şirkətlərinə, sahibkarlara “maneə yaradılmayacaq” vədini 20 il əvvəldən vermək lazım idi. Bəli, ölkəyə neft pulları axanda, iş adamları sərmayə yatırmağa həvəsli olanda şərait yaratmaq lazım idi. Bundan sonra heç bir iş adamı bu vədlərə inanıb ölkəyə milyonlar yatırmaz. Fakt budur ki, sahibkarlar gömrükdəki əvəvlki vəziyyəti arzulamağa başlayıblar. Çünki, hökumətin “islahat”larından sonra sahibkarların vəziyyəti daha da ağırlaşıb. Yəni hökumətin “anti-böhran” tədbiri daha böyük böhran yaradıb.

Konkret Fövqəladə Hallar Nazirliyinə gəlincə, uzun illərdi ki, tikinti şirkətləri bu nazirliyin əlindən zara gəlib. Əslində, mənzillərin baha olmasının bir səbəbi də tikinti şirkətlərindən qeyri-rəsmi ödənişlərin tələb olunmasıdır. Yəni sahibkar hökumətin yaratdığı məngənədən sığortalamaq üçün qiymətləri qaldırmaq məcburiyyətində qalır.

Istənilən halda Kəmaləddin Heydərovun etirafı bugünə qədər yazılanların, deyilənlərin təsdiqidir. Amma bu etirafın böyük məsuliyyəti də var. Bəs, bugünə qədər yaradılan maneələrə görə kim məsuliyyət daşıyır, tikinti şirkətlərindən yığılan pullar hara gedib? Niyə dünənə qədər nazirlik maneə yaratmaqla məşğul idi?

Eyni zamanda məlum olur ki, bütün bu qanunsuz müdaxilələrdən nazirin xəbəri olub, qanunsuz addımlara ən yüksək səviyyədə “yaşıl işıq” yandırılıb./azadlıq/
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27
Bankla