Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Bakıda 2 məktəbli yoxa çıxdı

Bakıda iki məktəbli itib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Şamil Babayev və İsmayıl Səfiyev adlı məktəblilərin 11 yaşı var. 32 nömrəli məktəbdə təhsil alan oğlanlar sinif yoldaşıdırlar.

Bildirilir ki, uşaqlar fevralın 17-də məktəbdən çıxıblar (Nizami rayonu, "Qara Qarayev" metrosu yaxınlığında) və evə qayıtmayıblar. Şamilin anası Yekaterina Doroşenkonun sözlərinə görə, şahidlər oğlanları sonuncu dəfə "Neftçilər" metrosu yaxınlığında 2 nəfər özlərindən böyük oğlanla birlikdə görüblər.

Şamil göy şalvar, qara gödəkçə və ağ idman ayaqqabıları geyinib. İsmayıl isə göy şalvar, göy qolları olan tünd qırmızı gödəkçə və qəhvəyi ayaqqabılar geyinib.

“Biz polisə müraciət etmişik. Hazırda nəzarət kameralarından olan görüntülərə baxırıq”, - deyə İsmayılın anası Viktoriya Səfiyeva bildirib./Aznews/

Oğlanları görən və ya onların harada olması barədə məlumatı olan hər kəsdən bu nömrələrə zəng vurmaları xahiş olunur:

(050) 527-11-80 Yekaterina Doroşenko, Şamil Babayevin anası

(055) 935-82-60 Viktoriya Səfiyeva, İsmayıl Səfiyevin anası
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17
Masallıda sosial pr