Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Ərdoğanın psixi vəziyyəti barədə şok iddia

17 fevralda Ankarada baş verən teror hadisəsi yenə bütün dünyanın diqqətini Türkiyəyə yönəltdi. Bu terror aktına görə hələ heç kəs məsuliyyəti üzərinə götürməyib.

Politics First jurnalının redaktoru Markus Papadopulosa görə bütün bu hadisələrə görə Türkiyə hökuməti məsuliyyət daşıyır, çünki müxtəlif terorçu qruplaşmalara dəstək verərkən bu hadisələrin öz ölkəsində baş verəcəyini hesablamalı idi.
İslaminSesi Russian.rt-a istinadən bildirir ki, bu barədə müsahibə verən readaktor dönə-dönə bildirib ki, R. Ərdoğan psixi cəhətdən normal deyil.
O öz açıqlamasında: “Belə bir məsəl var: “Odla oynayan yana da bilər.” Əminliklə deyə bilərik ki, Türkiyə hökuməti Suriyada nəinki odla oynadı, həmdə orada cəhənnəm alovunu şiddətləndirdi. Müxtəif terorçu qruplaşmalara dəstək verən Ərdoğan hökuməti bu gün onunla üzbəüzdü. 17 Fvralda Ankarada törədilən bu terror hadisəsini onun dəstək verdiyi hər hansı bir terrorçu qruplaşma törədə bilər.”- bildirib.
Müsahibəsində Ərdoğan barədə xüsusi olaraq danışan jurnalist onun psixioloji vəziyyəti barədə də açıqlama verib.” Mən Londonda bir çox diplomatlarla və siyasətçilərlə bu barədə söhbətlər aparmışam. Mən bu barədə əminliklə danışa bilərəm ki, bu adam psixoloji cəhətdən sağlam deyil. Ərdoğan meqolaman hislərə malikdir və özünü inandırıb ki, o hansısa missiyanın yerinə yetirilməsi üçün mövcuddur. Dövlət başçısı kimi bu kimi hislərə və davranışlara malik bir insan region üçün çox təhlükəlidir.”
O tarixdə A.Hitler kimi bir insanın da bu kimi psixi problemlərin olduğunu da xatırladıb və Ərdoğanın Hitler kimi belə qüvvəyə malik olmadığına sevindiyini bildirib.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber