Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Britaniya mətbuatı: Ərdoğanın oğlu çirkli pulları yumaqda şübhəli bilinir

“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, İtaliya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilalı siyasi korrupsiyaya bağlı çirkli pulların yuyulmasında şübhəli şəxs adlandırıb.

Qəzet yazır ki, İtaliyada korrupsiya ilə bağlı iş üzrə aparılan cinayət təhqiqatında Bilal Ərdoğanın çirkli pulları yuması iddiaları araşdırılır.

Xəbər verilir ki, iddia olunan cinayət 2013-cü ildə Türkiyənin siyasi elitasını silkələmiş korrupsiya qalmaqalı ilə bağlıdır.

Bolonya prokurorluğu 35 yaşlı Bilal Ərdoğanla bağlı cinayət işini, Türkiyə rejiminin opponentlərindən biri onu sentyabr ayında İtaliyaya külli miqdarda pul gətirməkdə rəsmən ittiham etdikdən sonra qaldırıb.

Bu iddia Türkiyənin siyasi dissidenti və biznesmen Murat Hakan Uzan tərəfindən irəli sürülüb. Onun qardaşı Cem Uzan Türkiyə Gənclik Partiyasının təsisçisidir.

İtaliya prokuroru Manuela Cavallonun apardığı təhqiqatın sənədlərində iddia olunur ki, sözü gedən pullar Türkiyədə hakim AKP-nin korrupsiya qalmaqalı ilə əlaqədar ola bilər.
İtaliyaya oxumaq üçün gəlib

Bilal Ərdoğan deyib ki, o, arvadı və uşaqları ilə, İtaliyaya yalnız Amerikanın John Hopkins Universitetinin Bolonya tələbə şəhərciyində elmi dərəcə üçün təhsilini davam etdirmək məqsədilə gəlib.

2013-cü ildə onun adı AKP və hökumət vəzifəliləri ilə bağlı böyük korrupsiya qalmaqalında hallandırılmışdı.

O vaxt Türkiyə prokurorları bildirmişdilər ki, iddia edilən pul yuyulması əməliyyatı İranın Amerika sanksiyalarından yayındırılması məqsədilə həyata keçirilib.

Prokurorlar bu işlə bağlı 52 nəfərin həbsinə sanksiya vermis və kabinet nazirləri və onların ailə üzvləri də daxil daha 14 nəfərə qarşı ittiham irəli sürmüşdülər.

Bu adamları rüşvət, korrupsiya, fırıldaqçılıq, çirkli pulların yuyulıması və qızıl qaçaqmalçılığında ittiham edirdilər.


Bilal Ərdoğan İtaliyaya Bolonya tələbə şəhərciyində təhsilini davam etdirmək məqsədilə gəlib.

1 milyard avro haradadır?

İddia edilən cinayətləri faş etmiş şəxslər demişdilər ki, bu məsələ ilə bağlı o zamankı baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilalın da dindiriləcəyi gözlənilir.

Bundan sonra internetə buraxılmış audioda, iddia edildiyinə görə, prezident Ərdoğan oğluna siyasi qalmaqala səbəb olmuş milyonlarla dollardan izal olmağı tapşırırdı. Cənab Ərdoğan səs yazısının saxta olduğunu desə də, bir çox ekspertlər bunun əksini söyləyirdilər.

Lakin ata və bala Erdoğanlar 2013-cü il qalmaqalı ilə bağlı bütün ittihamları rədd edirdilər.
Prezident Ərdoğan o vaxt baş verən hadisələri dövlət çevrilişi kimi qələmə vermişdi.

Bunun ardınca ittihamları irəli sürən polis, prokurorluq və məhkəmə əməkdaşları işdən uzaqlaşdırılmışdılar.

“The İndependent” qəzeti yazır ki, Bolonya prokurorluğuna iddia ərizəsi ilə cənab Uzanın vəkili Massimiliano Annetta müraciət edib. Ərizədə deyilir ki, sözü gedən korrupsiya hadisəsi ilə bağlı 1 milyard avro hələ də tapılmayıb.


Cangüdənlərə diplomat pasportları

Hazırda Fransada mühacir həyatı yaşayan Uzan iddia edib ki, prezidentin oğlu sentyabr ayında İtaliyaya məhz bu pulları yumaq üçün gəlib.

Ötən oktyabr ayında Ərdoğan hökumətinin düşməni kimi tanınan Fuat Avni adlı şəxs Tvitter postunda yazmışdı ki, Bilal İtaliyaya böyük məbləğdə pullar gətirib.

“Onlar Bilalı noyabr seçkilərinədək İtaliyada saxlamaq istəyirlər. Onlar məhz seçkidən sonra Bilalın Türkiyəyə qayıdıb-qayıda bilməyəcəyini müəyyən etməlidirlər” – yazırdı Avni Tvitterdə.

"Ansa" agentliyinin verdiyi xəbərə görə cənab Cavallo həmçinin Bilalın İtaliyaya silahlı cangüdən dəstəsi ilə gəlməsi faktını araşdırır.

Bu adamlara əvvəlcə İtaliyaya daxil olmaq qadağan edilsə də, onların adlarına bir neçə saat ərzində diplomatik pasportlar hazırlanıb.

Bilal Ərdoğanın vəkili Giovanni Trombini cinayət işinin açılmasını təsdiq etsə də, ittihamları tam öyrənmədən şərh vermək istəmədiyini bildirib (BBC).
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP