Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Suriya ordusu Hələb və Lazkiyədə yeni bölgələri işğaldan azad etdi

Suriyanın ordu qüvvələri Hələb və Lazkiyənin ətrafında yeni əraziləri terrorçuların işğalından azad edib.

Suriyanın ordu qüvvələri bu gün Hələbin şimal ətrafında terrorçularla qarşıdurmalardan sonra, Əhras, Miskan və Cihad bölgələrini işğaldan azad etməyi bacarıb.

Suriya ordusu həmçinin, Lazkiyənin şimal ətrafındakı Azala təpələri və bir neçə kəndi terrorçularının işğalından azad edib və əməliyyatda xeyli sayda terrorçu zərərsizləşdirilib.

Rusiya qırıcıları da Homs və Hamanın ətrafındakı terrorçuların mövqelərini bombalayıb. Hücumlarda xeyli sayda terrorçu ölüb və yaralanıb.

Suriyanın qoşunları həmçinin, Deyrəz-Zor hərbi hava limanına girmək istəyən İŞİD terrorçularının qarşısını alaraq, bir neçə terrorçu öldürüb.

Suriyanın ordu qüvvələri Əl-Qaləmunun şərqində dә bir neçə strateji məntəqədə nəzarəti təmin edib./deyerler/
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber