Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

İranlı deputatdan Almaniya kanslerinin "İsrail şərti"inə cavab: "Yuxunuzda..."

İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Almaniya kanslerinə cavab verib

İslamazeri “Shabestan” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur Angela Merkelin “İran bizimlə dost əlaqələri qurmaq istəyirsə, İsraili rəsmi olaraq tanımalıdır” sözlərinə cavab verib.
Deputat Merkelinin bu şərtini tənqid edərək deyib: “Dünya kiçik deyil və Almaniyadan başqa çox ölkələr mövcuddur. Merkel cinayətkar, uşaq qatili olan Sionist rejimini rəsmi olaraq tanımamızı yuxuda görər. Bu mövqeyi ilə Almaniya özü ziyan görəcək. Merkel ölkəsinin şirkət və fabriklərinin də cavabını bu formada verər."
Mənsur Həqiqətpur sözlərinin davamında "Merkelin bu sözləri iki ölkə arasında olan əlaqələrə ziyan vuracaqdır. Merkel Sionist rejiminin Almaniyada olan nümayəndəsidir. O bilməlidir ki, ölkəmizin prinsiplərindən biri məhz cinaytkar rejimlə mübarizədir və heç vaxt onları rəsmi olaraq tanımayacağıq. Biz, Fələstin xalqını dəstəkləməyə davam edəəcyik”, - deyə bildirib.
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:3