Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

“İran milləti Amerikanın hesabsız deyilmiş sözlərinə əhəmiyyət vermir”

İslam parlamentinin spikeri Əli Laricani beynəlxalq sülh və təhlükəsizlik komitəsinin iclasında dünyada təhlükə yaradan bəzi mühüm amillər, nüvə silahının ləğv edilməsi və bu mövzuya görə ölkə parlamentinin rolu haqqında məruzə etmişdir. (Farsnyus )
Laricani çıxışının əvvəlində demişdir: “Dünya təhlükəsizliyi haqqında ümumi bir dəyərləndirmədən sonra dünyada təhlükə yarada bilən əsl amilləri dərk etmək mümkündür. Birinci amil insan toplumunu məhv edən silahlar, xüsusilə də nüvə silahlarıdır ki, hal-hazırkı miqdarı baxımından yer üzünün bir neçə bərabərini məhv etmək qabiliyyətinə malikdir.
İkinci amil isə terrorizm, dini və məzhəbi müharibələrdir. Bu mövzu son 10 ildə gözəçarpacaq dərəcədə inkişaf etmişdir. Son illərdə ildə İranın nüvə proqramı ilə bağlı 5 alimi terror edilmişdir. Demək lazımdır ki, çox təəssüf ki, bəzi böyük qüdrətlər terorristlərin ixtiyarına çox sayda müasir silahlar və imkanatlar qoymuşdular. Bəlkə onlar belə hesab edir ki, onların bu hərəkətindən bəhrələnərək, öz hesablarına çata biləcəklər. Ancaq bu, bir səhvdir. O zaman ki, terroristlər çoxalıb, təcrübə əldə etdilər, onları sadəliklə məğlub etmək olmaz. NATO Əfqanıstanda on ildən sonra qalibiyyət əldə etmədi. Terrorizm ilə texniki rəftar bir strateji səhvdir.
Amerika davamlı ləyaqətsizlik təkrar edərək, hərbi seçimlərin masanın üzərində olduğunu vurğulamışdır. Baxmayaraq ki, nə Amerikanın İrana hücum etməyə cürəti vardır, nə də İran milləti bu hesabsız sözlərə əhəmiyyət verir. Ancaq o kəslər ki, hədə dilllərini işə salırlar, psixoloji təhlükə yaratmağa qəsd edirlər, bəzən son illərdə öz ölkəsində demokratiya yaratmaq istəyən ölkələr kimi müharibə ruhiyyəsindən istifadə edirlər. Çünki o ölkənin xalqının demokratik istəkləri öz mənafelərinə uyğun deyildir. Bəzən də beynəlxalq təşkilatların vasitələrindən o qədər istifadə edirlər ki, əməldə ölkənin siyasi müstəqilliyinə mane olur. Mən beynəlxalq atom enerji təşkilatının keçmiş rəhbərindən dəfələrlə eşitmişəm ki, “Siz nüvə məsələsini Amerika ilə həll edin!”. Yaxşı, əgər vəziyyət belədirsə, bu qurum niyə təşkil edilmişdir?
Artıq ABŞ-ın Yaponiya şəhərləri Hirosima və Naqasakiyə atılan ilk atom bombasından 65 ildən çox vaxt keçir. Ancaq hələ də müşahidə edirik ki, aqressiv ölkələrin cəbbəxanalarında minlərlə nüvə başlıqları düzəldilməkdədir. Bu, o halda baş verir ki, konfranslarda NPT müqaviləsinin imzalanması vurğulanır. Ancaq əgər bütün bu səylər əməldə özünü göstərməsə, bəşərə nümayiş etdirəcəkdir ki, bu yol əmələ gələndə bir dalandır. Onun haqqında ancaq danışmaqdır. Bu zaman müasir Frankfurtun filosoflarının sözləri ilə desək, belə bir bəhslər nə dünyadakı insanların xüsusiyətidir, nə də axirətdəki.
Heç kimdə şübhə yoxdur ki, sionist rejimdə yüzlərlə nüvə başlığı vardır. Ancaq qüdrətli ölkələr bunu bildiklərinə baxmayarq, onu himayə edirlər. Halbuki, Suriya dövlətinin kimyəvi silahlardan istifadə etməsinə görə bu qədər səs-küy salmışdılar. İndi Rusiyanın Xarici İşlər nazirinin son elanına əsasən məlum oldu ki, Suriyadaki terroristlərin əlində kimyəvi silah vardır. Hətta onu İraqın daxilinə gətiriblər. Bəs bu məsələ ilə bağlı nə etmək lazımdır? Məgər terroristləri Suriya dövləti kimi kimyəvi silahlardan istifadə etməməsinə razı salmaq mümkündürmü? Məgər məlum deyildir ki, bu silahı onlara kim verib?
O dövlətlər ki, sionist rejimin məxfi şəkildə nüvə silahı saxlamağını dəstəkləyirlər, İranın son sanksiyalarında fəal iştirak edirlər. Ali Dini Rəbər insanları toplum halında məhv edə bilən silahları haram hesab etmiş və buna görə fətva vermişdir. İranın bütün nüvə mərkəzlərinin təhlükəsizliyi beynəlxaq atom enerjisinin nəzarəti altındadır.
Ölkələrin əksər hissəsində parlamentlər qüdrət sahibidirlər. Əgər bu zəminədə addım atsalar, indiyə qədər insanları toplum halında məhv edə biləcək silahların istehsalına mane olar və NPT-ni qəbul edərlər. Əgər nüvə silahına malikdirlərsə, NPT-yə əsasən bu silahları müəyyən müddət ərzində məhv edərlər və son zamanlar ixtira edilmiş çox təhlükəli son silahların istehsalının qarşısını almış olarlar”. /Deyerler
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32