Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2016

Türkiyə daha iki itki verdi

Şırnakın İdil bölgəsində PKK-nın hücumunu dəf edərkən bir əsgər və bir polis ölüb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilir.

“PKK tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində bir əsgər və bir polis zabitimiz ağır yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb”, - deyə Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, bu gün Diyarbəkirdə uzaqdan idarə edilən bombanın partlaması nəticəsində 6 hərbçi ölüb.

Dünən Ankarada törədilən terror aktında isə 28 nəfər ölüb, 61 nəfər yaralanıb. Ankara terrorunda ölən və yaralananların da əksəriyyəti hərbçidir.
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı