Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Türkiyə hökumətinə verilən mühüm mesaj

Ankara terroru Türkiyə hökumətinə verilən çox ciddi siyasi mesajdır.

Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu axar-a açıqlamasında deyib. Politoloq ötən gün Ankarada 28 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı iki mümkün ehtimalı açıqlayıb:

“Ankara terrorunun Türkiyəni Suriya müharibəsinə yaxınlaşdırması barədə fikir yürütmək çətindir. Çünki terrorun məqsədi bəlli deyil. Ancaq terrorun Türkiyə baz naziri və prezidentinin eyni gündə müxtəlif istiqamətlərdəki səfərləri ərəfəsində Baş Qərargah yaxınlığında törədilməsi bir çox məqamlardan xəbər verir. Əslində, Türkiyə hökumətinə çox ciddi siyasi bir mesaj verilib. Mesaj ondan ibarətdir ki, əgər Türkiyə hökuməti xarici siyasət kursunu intensivləşdirməkdə və davam etdirməkdə israrlıdırsa, onda ağır problemlərlə üzləşəcək. Digər tərəfdən isə ola bilsin, bu terroru həyata keçirməkdə məqsəd, sadəcə, bu səfərləri pozmaq idi. Yəni ki, hər iki ehtimal mümkündür”.

Qeyd edək ki,17 fevralda Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.
795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56