Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Polis bölməsində 1-ci qrup əlili xəstəxanalıq etdilər

Əli Cəfərovun ayağı 15 fevraldan sonra bu vəziyyətə düşüb. Həmin tarixdə Cəfərov ailəsində baş verən mübahisədən sonra qızının Suraxanı rayonu 31-ci polis bölməsinə gətirildiyini eşidib və bölməyə yollanıb. Bölməyə çatanda polislər onu içəri keçməyə qoymayıblar. Qızını görmək istəyən ata polislərin hücumundan sonra pilləkənlərdən yerə yuvarlandığını deyir. “Polis bölməsinə çatmışam, polislər tökülüşüb oğlanlarıma təpinirlər. Qızım da yuxarıda idi. Oğluma yumruq vurdular, o da üstümə gəldi, pilləkənlərdən yerə yıxıldım. Oradan məni xəstəxanaya apardılar.”

Birinci qrup əlillik dərəcəsi olan Əli Cəfərov polis bölməsindən təcili yardımla Travmatologiya İnstitutuna aparılıb. Həkimlər deyib ki, onun ayaq sümükləri zədələnib. Əməliyyat etmək istəyiblər, amma Cəfərovun pulu olmadığına görə baş tutmayıb. Həkim deyib, polisin bunu etməyə ixtiyarı yoxdur. Amma hadisə ilə bağlı polisə məlumat da verməyib.

Əli Cəfərov hadisədən sonra polis bölməsindən heç kimin onunla maraqlanmadığını deyir.

Suraxanı rayonu 31-ci polis bölməsinin məsul növbətçisi, polis baş leytenantı Elvin Cəfərov deyir ki, bu hadisə barədə onlarda məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisəyə münasibət bildirmədi.

55 yaşlı zərərçəkən imkansızlıqdan müalicə ala bilməyib. Polisə gedəndə də pulsuz olub, xəstəxanda yatanda da, oradan çıxanda da… Ayağını sürüyə-sürüyə özünü metroya salıb, xahiş edib, keçiriblər. Tanış taksi sürücüsü ilə də evinə gəlib çatıb. Ona hansı diaqnoz qoyulduğunu, rentgenin nəticələrini də dəqiq bilmir. Hamısı xəstəxanada qalıb. Bircə hiss edir ki, ayaqları həminki kimi yerə basılmır. Keyiyir, hiss eləmir. Polisdən də şikayəti yoxdur. Deyir, mən baiskar adam deyiləm. Bircə istəyirəm ki, məni yıxıb ayağımı heysiz qoyduğu kimi gəlib onu müalicə etdirsin./meydan.tv/


783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber