Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

170 min dollarlıq qalmaqalla bağlı yeni məlumatlar

Zərərçəkən Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində şikayəti barədə izahat verdi

Vəkil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iddialarını əsassız adlandırdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər Imanovu 170 minlik dələduzluqda ittiham edən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində şikayəti barədə izahat verib. Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, müdafiə etdiyi şəxslə birlikdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində olublar və şikayətlərini ifadə ediblər.

Məmmədov “Azadlıq”a açıqlamasında isə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin onun və müvəkkilinin ifadə verməkdən yayındığı barədə iddialar əsassızdır: “Bizim Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində olmağımız, müvəkkilimin orada baş verənlər barədə geniş izahat verməsi də göstərir ki, komitə qərəzli mövqe nümayiş etdirir”.
Vəkil məsələ ictimailəşəndən sonra onun və müvəkkilinin komitəyə çağırılıb-çağırılmaması barədə məsələyə də toxunub: “Komitə israrla bildirir ki, guya mən orda olmuşam. Lakin mən bu məsələ ilə bağlı komitədə olmamışam. Komitənin bu cür açıqlamasından sonra isə dəvət etsələr də, getmərəm. Çünki belə yalan açıqlama yayan bir qurum ora gedərəmsə, başqa böhtan xarakterli iddialar da səsləndirə bilər”.

Xatırladaq ki, S. Imanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları almaqda ittiham olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. Imanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə müraciət edib.

Imanov bu il yanvarın 31-də Bakı-Istanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.
820 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54