Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Gecə Bakıda iki bıçaqlanma hadisəsi baş verdi

Xəstəxanaya çatdırılan hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Gecə Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında 24 yaşlı Cavid Bağırov bıçaqlanıb. Yaralı ətrafdakı şəxslərin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyat olunub.
Hadisə barədə ərazi üzrə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə də məlumat verilib. Polis xəstəxanada yaralının ifadəsini dinləyib və həmin ifadə əsasında Cavid Bağırovu bıçaqlamaqda şübhəli bilinən şəxsin axtarışlarını aparır.
Daha bir bıçaqlanma xəbəri də metrostansiya yaxınlığında, bu dəfə Bakının Nizami rayonunda baş verib. Qanlı hadisə rayonun “Neftçilər” metrosunun yaxınlığında, Rüstəm Rüstəmov küçəsində yerləşən kafelərdən birində baş verib. Kafedə yeyib içən 37 yaşlı Kazımov Rəhim Sərxoş oğlu ilə digər müştəri arasında mübahisə düşüb. Mübahisə Rəhim Kazımovun bıçaqlanması ilə nəticələnib.
Yaralı xəstəxanaya aparılıb. Çox saylı bıçaq xəsarətləri alan yaralı sərxoş vəziyyətdə olub. Əməliyyat olunan Rəhim Kazımovun vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.
Hər iki faktla bağlı cinayət işi başladılıb və araşdırmalar davam edir./ans/
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber