Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Polis İdarəsində özünü öldürmək istədi - damarlarını kəsdi

Bakıda bir neçə gün öncə oğurluqda şübhəli bilinərək saxlanılan şəxs polis idarəsinə özünü öldürmək istəyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də Rza Əhmədova məxsus Sabunçu rayonu ərazisində yerləşən qarajdan oğurluq etməkdə şübhəli bilinərək 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin sanitar qovşağında intihara cəhd edib. İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol qolunun damarlarını və boğazını kəsib.

S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber