Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Polis avtomobilini əzənlə bağlı maraqlı fakt

Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb.

Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman o, oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.

Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş./lentaz/
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:57