Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Taleh Bağırovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə fevralın 19-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə bu günə təxirə salınmış iclas Taleh Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınıb.

Qeyd edək ki, C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb./İslamazeri/
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...