Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Mosulun azad ediləcəyi tarix açıqlandı

Yaxın tarixdə Mosulu İŞİD terrorçularından azad etmək üçün əməliyyatlara başlayacağıq.

Bu sözləri İraq parlamentinin sədri Səlim Cuburi Ərbil şəhərində təşkil edilən Birinci Mosul Tayfaları konfransında çıxışı zamanı deyib.

“Bu toplantı qurtuluşa yaxın olduğumuzun sübutudur. Ramadi şəhərinin azad edilməsindən sonra Mosulun da qurtuluşunun yaxın zamanda olacağına inanıram. Əməliyyatların başlama vaxtı yaxınlaşıb. Rəhbərlik, hərbçilər, tayfalar və peşmərgə qüvvələrinin iradəsi ilə Mosul terrorçulardan azad ediləcək. İŞİD bu şəhərdən çıxarıldıqdan sonra heç bir hərbi qüvvə orada olmamalıdır. Mosulda əməliyyat aparacaq qüvvələrə olduqca güclü silahlar verilib”, - Cuburi vurğulayıb.
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10