Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2016

Hıçqırığı yox edən sadə və effektiv üsul

Hıçqırıq diyafraqma yolunun ani olaraq sıxılması nəticəsində yaranan bir sağlamlıq problemidir.

Diyafraqma sıxıldıqca səs telləri arasındakı açıqlıq hava axınını nizamlamaq üçün tez-tez bağlandığına görə hıçqırıq səsi eşidilir. Boyundan sinəyə doğru uzanan sinirlərin də qıcıqlanması da hıçqırığa səbəb olur. Bəzən bu bir-iki saat ərzində heç müdaxilə etmədən də keçər. Amma bu narahatedici vəziyyətin bir sıra üsullarla qarşısını almaq mümkündür. Ən effektiv hıçqırıq keçirən üsullarını sizlərlə paylaşırıq.

Əllərinizi arxada tutaraq mümkün qədər yuxarı doğru qaldırın. Bu vəziyyətdə əyilərək digər şəxsin köməyi ilə su için. Bir-iki qurtum içdikdən sonra hıçqırığınız keçəcək.

Nəfəsinizi tutun. Normal nəfəs aldıqdan sonra 10 saniyə nəfəs almadan dayanın. Daha sonra yenə nəfəs alın. Və bu vəziyyəti davam etdirin.

Kağız paketə nəfəs alıb-verin.

Dizlərinizi sinənizə sıxıb əllərinizlə dizlərinizdən tutaraq bir qədər gözləyin.

Döş qəfəsinə bir iki dəfə basın.

Ağız boşluğuna bir-iki damla sirkə alın.

Burun boşluğunu tutaraq udqunun.

Qulaqlarınızı barmaqlarınızla tutun.

Ağız boşluğuna bir çimdik şəkər tozu qoyun. Əridikdə udun.

Bir çay qaşığı suda əridilmiş şəkər tozu və balı dilin arxa hissəsinə qoyaraq udun.

Soyuq suyu qurtum-qurtum için.

Bir stəkan ilıq suyu yavaş için və mümkünsə suyu içərkən nəfəs almayın.

Bir dilim limonu dilinizin üzərinə qoyun.

Bir çay qaşığı alma sirkəsi için.
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber