Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Mandelanın ailəsində mirasa görə qırğın düşdü

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela torpağa tapşırılar-tapşırılmaz ailəsində miras üstündə dava başlayıb. Cənubi Afrika qəzeti olan "Times" ın yazdığına görə, Mandelanın böyük nəvəsi olan Mandla Mandela əfsanəvi liderin Kunu kəndindəki ailə evindən çıxarılıb. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən həftə evə gələn Mandelanın böyük qızı Makazivenin evin qıfılını dəyişdirdiyi bildirilir. Babasına aid ərazidə olan evində qalan Mandla bazar günü səhər oyandığında evində elektrik və suyun kəsildiyini görüb. KİV-in məlumatına görə, Mandla bu məsələ ilə bağlı heç nə danışmaq istəməyib.

Tərəflər arasında intriqaların hələ Mandelanın ölümümdən əvvəl başladığı bildirilir. Münaqişəyə səbəb isə miras davası olub. Mandla öz bibilərini babasının milyon dollarlıq varidatını ələ keçirməkdə ittiham edir. Onun atası 2005-ci ildə QİÇS-dən dünyasını dəyişdikdən sonra uşaqlarının Kunuya yaxın əraziyə köçməsi Makazivenin xoşuna gəlməyib və münaqişə də bundan sonra başlayıb.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21