Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

Polis maşınını əzənə hökm oxundu

Bakıda yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmə qarşısına çıxarılıb.

Nərimanov Rayon Məhkəməsindən verilən məlumata görə, Şahin Bəylərov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib./apa/
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi