Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

NATO geri çəkildi, Ər Riyad sözündən döndü, Vaşinqton susur: Türkiyə tərk qaldı

Ankarada qanlı terrorun şokundan ayılmayan Türkiyə gün keçdikcə yeni bəd xəbərə şahid olur. Hələ bir həftə qabaq Türkiyə rəsmiləri bəyan etdilər ki, Ankar ilə Ər Riyad Türkiyə və Səudiyyə Ərəbistanı qoşunlarını Suriyaya göndərmək barədə razılığa gəliblər. İddiaya görə, hər iki ölkənin qoşunları Əsədə qarşı vuruşan dəstələrə yardım etməli idi. Bir gün sonra rəsmən deyildi ki, Səudiyyə Ərəbistanına aid döyüş təyyarələri artıq İncirlik hərbi-hava bazasına gəlmişdir. Üç saat sonra “təyyarələr gəlmişdir” cümləsi “təyyarələr gələcək” şəklində ictimaiyyətə təqdim edildi. Və nəhayət Ər Riyaddan cavab gəldi. Səudiyyə Ərəbistanının xarici işlər naziri ABŞ-ın rəhbərlik etdiyi koalisiya daxilində və Əsədə qarşı yox, İŞİD ilə mübarizə aparmaq üçün Suriyaya girməyə hazır olduğunu dedi. Ankara-Ər Riyad alyansı doğulan anda vəfat etdi. Səudiyyə Ərəbistanı Ankaraya arxasını çevirdi…
İkinci bəd xəbər Lüksemburqdan gəldi. Bu ölkənin rəsmisi bildirdi ki, Türkiyə silahlı qüvvələri Suriyaya girib Rusiya ilə toqquşarsa, NATO-ya güvənməsin, çünki NATO Ankaranın arxasında dayanmayacaq.
Üçüncü xəbər Moskvadan gəldi. Rusiyadan dedilər ki, Türkiyə Kürdüstan Demokratik İttifaqı partiyasının silahlı cinahı Rusiyanın qəyyumluğu altındadır və Moskva kürdləri müdafiə edəcəkdir.
Dördüncü bəd xəbər Vaşinqtondan gəldi. Rəsmi Vaşinqton təkrarən bəyan etdi ki, Ağ Ev PYD-YPG qüvvələrini terrorçu təşkilat hesab etmir.
Beşinci bəd xəbər isə ölkənin cənub-şərqindən gəldi. Türkiyənin bu bölgəsində partizan dəstələri ilə şəhər müharibəsi davam edir…
604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber