Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

İran: “PKK səhv etsə, dərhal vuracağıq”

Hazırda PKK-nın bütün mövqelərini vurmaq imkanımız var.

Bu sözləri Tehranda keçirilən mərasimdə İranın Quru Qoşunları Komandanı, general Məhəmməd Pakpur deyib.

O, PKK-nın səhv edəcəyi halda lazımi cavabı alacağını bildirib:

“İraqın İranla sərhədi PKK terror təşkilatının nəzarətindədir. İraq əsgərlərinin bu bölgədə fəaliyyəti yoxdur. 2011-ci ilə qədər İranın şimal-qərbindəki bəzi dağlıq bölgələrdə biz yox idik və buralar terrorçuların rahatca hərəkət etdiyi ərazilərə çevrilmişdi. Hər həftə qurulan pusqularda əsgərlərimiz şəhid olurdu. Ölkə liderinin əmri ilə 2011-ci ildən etibarən bölgədə əməliyyatlar başlatdıq. Əsgərlərimiz 3 min metrlik yüksəkliklərə çıxmağı bacardı. Qüvvələrimizin o ərazilərə çıxa bilməyəcəyini düşünən bəzi terrorçular əsgərlərimizi gördükləri zaman mövqelərindəcə intihar etdi. Əməliyyatların davam etməsi ilə yüksəkliklərdə nəzarəti ələ keçirdik. Hazırda düşmənin (PKK - red.) bütün mövqelərini vurmaq imkanımız var. Əgər səhv etsələr, onları minaatan və pulemyotlarla vuracağıq”./axar/
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44