Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Fətullah Gülənin vəkili Ərdoğan iqtidarına xəbərdarlıq etdi

Fətullah Gülənin vəkili Orhan Erdemli Türkiyədə məmur övladlarının və yüksək çinli məmurların həbsində müvəkkilinin adının hallandırılmasına münasibət bildirib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil yazılı açıqlamasında bunları bildirib: “İstanbul Baş Prokurorluğu tərəfindən son iki gündə bəzi iş adamları və siyasətçilərin yaxınları saxlanılıb. Rüşvət və qaçaqmalçılıq iddiaları hər ölkədə rast gəlinə bilinəcək hadisələrdir. Hüquq-mühafizə orqanları da bu qanunsuzluqları araşdırmaq üçün vardır”.

Vəkil qeyd edib ki, dövlət və toplumlar bu qanunsuzluqlara qarşı mübarizə etdikləri qədər demokratik dövlətdən danışıla bilər və gündəmdəki məsələləri normal araşdırma zamanı soyuqqanlılıqla dəyərləndirmək lazımdır.

O.Erdemli araşdırmaların aparıldığı zaman ərzində mətbuatda müvəkkilinə qarşı səsləndirilən ittihamları haqsızlıq kimi qiymətləndirib: “Toplumda müvəkkilim haqda yayılan məlumatlar diqqəti yayındırır. Bu cür fikirlərin araşdırmaların aparıldığı bir zamanda səsləndirilməsi bütün diqqətin hədəfdən uzaqlaşdırılmasına yönəldilib. Müvəkkilim haqda ortaya atılan iddialar qətiyyətlə əsassız və qeyri-ciddidir. Fətullah Gülənin bu əməliyyatlardan nə məlumatı var, nə də bu araşdırmaları idarə edən dövlət işçiləri ilə əlaqəsi. Açıq şəkildə bildirmək istəyirik ki, “hökumətə savaş açmaq”, “çirkin oyunlar oynamaq”, “tələ qurmaq” kimi iddialar tamamən pis niyyətli və xəyal məhsulu fikirlərdən ibarətdir”.
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu