Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

Yaltaqlıq gölündə üzən adamlar...




















Yaltaqlıq gölündə üzən adamlar,
Siz millətə ləkəsiniz, qüsursunuz...
Düz sözə ağzını büzən adamlar,
Siz hər şeyi görürsünüz, susursunuz...

Ey mənim şərəfsiz qələmdaşlarım,
Yarı yolda qalan yol yoldaşlarım,
Ey gözü korlarım, qəlbi daşlarım,
Niyə yalan yazırsınız, niyə gopa basırsınız?
Siz hər şeyi görürsünüz, susursunuz...

Ey kiçik padşahlar, qoca nazirlər,
Hələ də göz dikən taca, nazirlər,
Guya ki, başları uca nazirlər,
Əslində, ölürsüz, qan qusursunuz...
Siz hər şeyi görürsünüz, susursunuz...

Millətin başında turp əkirsiniz,
Villadan villaya yol çəkirsiniz...
Vallah, zəhləmizi lap tökürsünüz,
Yaxşı nə var, ağzınıza basırsınız...
Siz hər şeyi görürsünüz, susursunuz...

Bəs sizi orada saxlayan kimdi,
Yumşaq kresloya mıxlayan kimdi,
Ara - bir yalandan yoxlayan kimdi?
Onun da əlində bir yesirsiniz...
Siz hər şeyi görürsünüz, susursunuz...

Məzahir Süleymanzadə
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
25.05.17, 07:59
Milyardlarla sovet pulu t