Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2016

Eldar Mahmudovdan qorxunun arxasında nə dayanır?

Hökumət keçmiş nazirin danışmasından ehtiyatlanır

Ölkənin hansı qaydalarla idarə olunduğu, hüquq sisteminin necə məhv edildiyi, qanunsuzluğun hansı həddə olması heç kimə sirr deyil. Hökumət açıq şəkildə nümayiş etdirir ki, Azərbaycanı absurdlar ölkəsinə çevirmişik.

Xüsusən də MTN işindən sonra bir daha təsdiq olundu ki, bu ölkədə bibarıçılıq sərhəd tanımır. Təsəvvür edin ki, gecə-gündüz hökumət mətbuatı, telekanallar MTN-dəki cinayətlərdən danışır, rəsmi qurumlar ard-arda açıqlama verir, hər gün yeni cinayət faktları ortaya çıxır, nazirliyin yüksək rütbəli əməkdaşları həbs olunub və bütün bunlardan sonra da Eldar Mahmudov toxunulmazlığını qoruyur. Əslində, bundan böyük hüquqsuzluq, bundan böyük absurd ola bilməz. Həm adamı ən ağır cinayətlərdə ittiham et, həm də azadlıqda saxla.

Bugünlərdə isə Eldar Mahmudovla bağlı daha bir araşdırma ortaya çıxdı. Məlum oldu ki, Eldar Mahmudovun ailəsinin böyük biznes imperiyası var. Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, Ispaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin Idarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VIP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, ”Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. ”Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Holdinqə “Range Rover”, “Caguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors”da daxildir. Anar Mahmudov Azərbaycanda “Diqlas-1″ MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, ”Kristal Inşaat” MMC-nin isə təsisçisidir. “Kristal Inşaat” 2008-ci ildə, “Diqlas-1″ MMC isə 2010-cu ildə yaradılıb. Bundan əlavə Anar Mahmudovun Ispaniyada 4 şirkəti var. ”22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Ispaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Macorca Capas Group Investment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. Macorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir.

Göründüyü kimi Eldar Mahmudovun “fəaliyyət”i təkcə Azərbyacanla məhdudlaşmayıb, ölkə hüdudlarından kənara da sıçrayıb. Görəsən, nazir maaşı ilə bu boyda imperiyanı necə qurmaq olar? Eldar Mahmudovun ailəsi bu qədər sərvəti hansı yolla toplayıb?

Bəli, bu qədər cinayətlərədən, bu boyda biznes imperiyasından sonra da Eldar Məamhudov azadlıqda gəzir. Necə olur ki, Intiqam Əliyev kimi vicdanlı hüquqşünas vergidən yayınma ittihamı ilə həbsə atılır, Qarabağ qazisi Asif Yusifli dələduzluq ittihmaı ilə ağır cəzaya məhkum edilir, amma ölkə miqyasında görünməmiş cinayət əməlləri törədən adam hələ də azadlıqdadır? Bir müxalif mövqeli adamı 200-300 manata görə illərlə həbsdə çürüdən hökumət, milyardların talan edilməsində günahkar bilinən adamı niyə cəzalandırmır?

Deməli, məsələnin daha mühüm tərəfləri var. Belə ki, hökumət Eldar Mahmudovun çox məlumatlı olduğunu bilir və danışa biləcəyindən ehtiyatlanır. Yəni, Eldar Mahmudov özündən qat-qat varlı olanları, daha artıq qanunsuzluqlara bulaşmış adamları yaxşı tanıyır və həbs olunacağı təqdirdə çox sirrlərə aydınlıq gətirər. Deməli, ən yüksək vəzifədə oturanların daha böyük kompromatları var və Eldar Mahmudovun qarşısında gözükölgəlidilər. Əks halda bu qədər cinayət faktlarından sonra Eldar Mahmudov azadlıqda qala bilməzdi. Çünki, bu böyük biabırçılıqdı və sadə vətəndaş da Eldar Mahmudovun azadlıqda gəzməsini təəccüblə qarşılayır. Bir daha təsdiqlənir ki, sistem özü bütövlükdə çirkabın içindədir.

Samir
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11