Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

Əsəddən Türkiyə və Səudiyyəyə sərt xəbərdarlıq

Əgər Türkiyə və Səudiyyə Ərəbistanı öz hərbçilərini Suriyaya göndərərsə, biz onlara qarşı terrorçular kimi davranacağıq.

Bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

“Əgər bu baş verərsə, biz onlara terrorçu münasibəti göstərəcəyik. Biz öz ölkəmizi müdafiə edəcəyik. İstər siyasi, istər hərbi olsun, heç kimin Suriyaya müdaxilə etmək haqqı yoxdur. Bu, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Suriya vətəndaşı kimi bizim üçün tək şans isə vətənimizi müdafiə etməkdir”, - Əsəd bildirib.
686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber