Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Florida ştatının keçmiş qubernatoru, Respublikaçı namizəd Ceb Buş Cənubi Karolinada keçirilən ilkin seçkilərdən sonra ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırıb.

Bu barədə ictimaiyyətə Ceb Buşun özü məlumat verib.

“İnsanlar Ayova və Nyu-Hempşirdən sonra da seçimlərini etdilər. Bu gündən etibarən seçki kampaniyamın başa çatdığını elan edirəm”, - Buş bildirib.

İlkin məlumatlara görə, Buş Cənubi Karolinada seçicilərin cəmi 8 faiz səsini qazana bilib.

Qeyd edək ki, Respublikaçıların Cənubi Karolinada keçirdiyi seçkinin qalibi Donald Tramp olub.

Demokratların Nevada ştatında keçirdiyi seçkini isə 52 faiz səslə Hilari Klinton qazanıb./axar/
740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP