Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

İkiqat Azərbaycan çempionu güllələndi - Foto

Azərbaycanda gənc idmançı dünyasını dəyişib.

Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Feysbukda yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Qeyd edək ki, APA-nın yaydığı məlumatda 32 yaşlı idmançı Elmir Cəlilovun Gəncədə, Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında öz avtomobilində güllələndiyi bildirilir.

Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi bəlli deyil. Qatillərin tutulması istiqamətində istintaq tədbirləri aparılır.

E.Cəlilovun 2 övladı var./musavat/
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
24.03.17, 11:54