Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

"Atəşkəs elan etməklə iş bitmir"

İspaniyanın "El Pais" qəzetinə kritik açıqlamalar verən Suriya prezidenti Bəşər Əsəd bunları qeyd edib: "Hərbi əməliyyatları dayandırmağa hazır olduğumuzu daha öncə də bildirmişdik, lakin, bu məsələnin daha vacib amillərlə bağlılığı var. Məsələn, terrorçuların bu vəziyyətdən istifadə edərək mövcud pozisiyalarını irəli aparmalarının qarşısının alınması kimi... Atəşkəs elan etməklə iş bitmir. Digər ölkələrin də, xüsusilə də Türkiyənin terrorçulara insan, silah və hər cür logistika dəstəyi verməsinə qadağa gətirilməlidir".

Eləcə də Bəşər Əsəd Suriya xalqına kömək göstərdiklərinə görə Rusiya və İrana borclu olduğunu qeyd edib.

Bəşər Əsədə verilən ən maraqlı suallardan biri olan “10 il içində özünüzü necə görürsünüz?” sualına belə cavab verib: “Vacib olan ölkəmi necə görməyimdir. Çünki mən ölkəmin bir parçasıyam. 10 il içndə Suriyanı azad etmək istəyirəm. Bu o demək deyil ki, prezident olaraq qalım. Bu müddət ərzində mən öz vəzifəmdən bəhs etmirəm. Suriya yaxşı olacaq və mən bu ölkəni xilas edən adam olacağam. Hazırda da bu mənim başlıca qarşıma qoyduğum məqsədim və işimdir".
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55