Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

Kadırovdan “Putin forması” geyinən futbolçuya dəstək

Çeçenıstan prezidenti Ramzan Kadırov “Lokomotiv”in futbolçusu Dmirti Tarasovun “Fənərbaxça” ilə Avroliqa oyununda üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan formanı nümayiş etdirməsini dəstəkləyib. Formanın üzərində “Putin ən nəzakətli prezident” sözləri yazılıb. Bu isə türk azarkeşlərin etirazına səbəb olub.

Məsələ ilə bağlı UEFA-nın “Lokomotiv” və futbolçuya cəza kəsəcəyi gözlənilir. Moskva klubu isə qitənin ali futbol qurumunun mümkün sanksiyasından qaçmaq üçün Tarasovu 300 min avro məbləğində cərimələyib.

Ramzan Kadırov bildirib ki, Tarasov “Putin forması”nı geyinməklə kişi kimi addım atıb: “Bu, onun öz prezidentinə və ölkəsinə sevgisinin göstəricisidir. O, rəqib komandanı aşağılayacaq heç nə deməyib. Bəli, bizim hazırda Türkiyə ilə münasibətlərimiz yaxşı deyil. Amma bu, daim belə olmayacaq. Türkiyə Rusiyasız keçinə bilməz. Zaman keçəndən sonra onlar Rusiya ilə münasibətlərin düzəlməsini istəyəcək”.
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək