Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2016

Türkiyədə 1318 otel satışa çıxarılıb

Son vaxtlar Türkiyədə baş verən terror aktları, Suriya ilə bağlı gərginlik, eləcə də bəzi digər siyasi qeyri-müəyyənliklər bu ölkənin iqtisadiyyatına böyük zərbə vurur. “Cihan” agentliyi xəbər verir ki, bu il Türkiyə təkcə turizm sektorundakı gəlirlərinin 7 milyard dollarını itirəcək. 2014-cü ildə ölkə turizmdən 34,3 milyard, 2015-ci ildə isə 31,5 milyard dollar gəlir götürüb.

Bu il Türkiyədə sahil zonalarda yerləşən otellərə sifarişlər kəskin azalıb. Bu səbbədən də kredit borcu olan və proqnoz gəlirləri aşağı düşən yüzlərlə biznesmen obyektlərini satmaq qərarına gəlib. Egey və Aralıq dənizi sahillərində satışa çıxarılmış otellərin sayı birdən-birə 1318-ə çatıb. Mehmanxanalar arasında rusiyalı turistlərin sevimli istirahət yeri olan Antalyadakı obyektlər daha çoxdur.

İlkin hesablamalara görə, çoxu beşulduzlu olan bu otellərin ümumi dəyəri 30 milyard lirədir./lent.az/
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16