Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Jirinovski: "Türkiyəni bir dövlət kimi ləğv etmək lazımdır"

Tez-tez öz qeyri-ciddi fikirləri ilə gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu dəfə də qalmaqallı bəyanat səsləndirib.

O, "Rus xəbərlər xidməti” agentliyinə verdiyi müsahibəsində Türkiyənin hərbi komendantı postunu tutmağa hazır olduğunu bildirib.

“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945-ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və rus dilini ikinci rəsmi dil elan etmək üçün”, - deyə V.Jirinovski gələcək planlarını da açıqlayıb.

RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.

O, bir məqamı da xüsusi vurğulayıb ki, bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər.

Jirinovski onu da iddia edib ki, kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki “soyqırım”a görə qisas almaq istəyirlər.

RLDP sədri sonda qeyd edib ki, onun fikrincə, bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq: “Çünki Avropa İttifaqı Türkiyəni müdafiə etmək fikrində deyil, NATO isə bu məsələyə qarışmayacaq, ən azı o səbəbdən ki, ona belə Türkiyə lazım deyil”./ans/
513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34