Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Kadırovun siqareti və spirtli içkiləri yasaqlamaq istəyi

Çeçenistanın başçısı Ramzan Kadırov alkoqollu içkilər və siqaretin respublika ərazisində satışının yasaqlanmasını dəstəkləməyə hazır olduğunu bildirib.

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, buna nail ola bilməyəcək, çünki federal qanunvericilik normaları bu malların satışına icazə verir.

«Məndən asılı olsa idi, spirtli içkilər və siqaretin satışını qadağan edərdim. Çünki bunlar yalnız zərər verir. Ancaq mən hüquqi dövlətdə yaşadığıma görə, bizim bölgə Rusiyanın subyektidir, biz qanuna hörmət edib, onu qoruyacağıq»-deyə, Kadırov Moskvada keçirdiyi mətbuat konfransından vurğulayıb.

O, Çeçenistanda «spirtli içkilərin satışın və içilməsinin yasaqlanması» ilə bağlı yayılın xəbərləri təkzib edərək, bildirib ki, respublikada lisenziyalı alkoqollu içkilərin satan dükanlar var.
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber