Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Vağzaldakı ölüm işinin araşdırılması düyünə düşüb

Lumu Kazımova aldadılmaqla bağlanan alqı-satqı müqaviləsinin ləğvini tələb edir

“Həyat yoldaşım Mövsüm Kazımov Bakı Dəmir Yolu vağzalında yerləşən ”Ləman" kafesində öldürülüb. Şikayətlərimdən sonra aparılan araşdırmalar faktiki olaraq işin üstünün açılmasına xidmət etməyib". Bakı sakini Lumu Kazımova belə deyir.

Onun sözlərinə görə 28 fevral 2015-ci ildə həyat yoldaşı Bakı Dəmir Yol vağzalındakı “Ləman” kafesində Eldar Əli Əşrəf oğlu Rəhimovla görüşüb və orada müəmmalı şəkildə ölüb. Ölüm işi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda çox səthi araşdırma aparılıb və 1 aprel 2015-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qeyri-obyektiv qərar qəbul edilib. Kazımovanın sözlərinə görə, bununla yanaşı qəbul edilmiş qərar gizlədilib, Baş Prokurorluğun göstərişindən sonra ona verilib. L.Kazımova həyat yoldaşının ölümündə Eldar Əli Əşrəf oğlu Rəhimovu günahkar bilir.

Belə ki, Eldar Rəhimov həyat yoldaşını ticarət qurmaq adı altında aldadaraq tanışı Elçin Zamanovdan 30 min manat faizlə pul götürüb. Eldar Rəhimov söz verib ki, pulu 3 ay müddətinə qaytaracaq. Bu məqsədlə E.Rəhimov onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Musatafayev küçəsi 17 “a” ünvanında yerləşən 46 saylı, 3 otaqdan ibarət mənzili girov qoymaq adı ilə Elçin Zamanovun adına keçirib. L.Kazımova bildirir ki, əslində isə mərhum həyat yoldaşı ilə E.Rəhimovun arasındakı razılığa görə mənzil məhz girov qoyulmalı imiş.

Buna görə də L.Kazımova aldatma yolu ilə bağlanan alqı-satqı müqaviləsini ləğvini tələb edir. Hazırda kirayədə yaşayan L.Kazımova Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib. L.Kazımova mənzildən çıxarılarkən orada qalan və ona məxsus əşyaların dəyərinin ödənilməsini, evinin saxtakarlıqla əlindən alınması üzündən illərlə kirayədə yaşadığını və ödədiyi kirayə haqqının Eldar Rəhimovdan tutularaq ona ödənilməsini tələb edir.

Artıq iş üzrə Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi hazırlıq iclası keçirilib. L.Kazımova iş üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırmaların qeyri-obyektiv olduğunu bildirir. Bu səbəbdən də baş prokuror Zakir Qaralovdan xahiş edir ki, işin digər rayon polis idarəsində araşdırlması təmin olunsun./criminal/
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44