Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Akif Çovdarovla bağlı yeni qalmaqal ortaya çıxdı

Həbsdəki MTN generalının işgəncəsinə məruz qaldığını deyən “bacıoğlu” fırıldaqda suçlanır; şikayətçi Xaləddin Yusibov: “O, taxta alveri adı ilə bir neçə nəfəri aldadıb...”

“Qədim Ədilovun saytlarda Akif Çovdarovun ona işgəncə verməsi haqda sözlərini oxuyanda çox təəccübləndim. Qədim mənim kimi çox adama ”Akif Çovdarov dayımdır" deyib. Onun adı ilə MTN-ə çox adamı apartdırıb. Onun həmin müsahibələri özünü zərərçəkən kimi təqdim etməkdən başqa iş deyil".

Bu sözləri “Yeni Müsavat”a müraciət edən Xaləddin Yusibov deyib. Onun sözlərinə görə, Qədim Ədilov təkcə ondan taxta biznesinə görə 126 min 700 dollar və 50 min manat alıb. Əvəzində ölkəyə vaqonla taxta gətiriləcəyini, hər vaqona görə ona 2 min manat gəlir verəcəyini deyib: “Ola bilər ki, Akif Çovdarov onu dediyi kimi döyüb. Akif Çovdarovla məsələsinin həllini özü bilər. Amma Qədim Ədilov Keşlə Yük Stansiyasında mənim kimi şəxslərdən şikayətçi ordusu yaradıb”.

Q.Ədilov verdiyi müsahibədə Akif Çovdarovun kabinetinə aparılaraq orada döyüldüyünü, təzyiqə məruz qaldığını deyir. X.Yusibov deyir ki, belə bir hal olubsa, araşdırılmalıdır, amma Q.Ədilovun ona və onun kimi çoxsaylı şəxslərə qarşı etdiyi əməllər də kənara qoyulmamalıdır: “2014-cü ilin aprelində elə Keşlə Yük Stansiyasında tanış olmuşuq. Bizi Rövşən Məhərrəmov tanış etdi. Həmin vaxt mən özümün biznesimi qurmaq istəyirdim. Qədim dedi ki, taxta işləri ilə məşğul olur. Təklif etdi ki, pul olsa, vaqonların sayını artırıb çoxlu pul qazana bilərik. Gedib elə stansiyanın yeməkxanasında oturduq. Elə oradaca bir salfet götürüb üstündə cızma-qara etdi. Dedi ki, biznes plan cızır. Taxtanın Rusiyadan vaqonla alıb ölkəyə gətirilməsinə qədər haralara pul vermək lazım olduğunu dedi. Yazıb-pozub sonda hər vaqona görə 2 min manat qazanc əldə etməyin mümkün olduğunu söylədi. Sözün düzü, ona inandım”.

 

X.Yusibov deyir ki, buna görə də işə başlamaq üçün bankda saxladığı pulları çıxarıb və Q.Ədilova verib: “2014-cü ilin aprelində ”Rabitəbank"dakı hesabımda olan 100 min manat pulu çıxarıb dollara çevirdim. Qədim demişdi ki, taxta dollarla alınıb-satılır. Aparıb 126 min 700 dollar ona verdim. Bizim bütün söhbətlərdə Rövşən Məhərrəmov iştirak edib. Pulu ona verəndə də buna şahid olub. Qədim Babayev pulu aldı və məni sanki unutdu. Aylarla vaqonlarla taxta gələcəyini dedi, Keşləyə gedib-gəlməkdən yoruldum.

Deyirdi ki, Rusiyadan gələn taxtanı nisyə satıram, pullarını alan kimi sənə çatan hissələri verəcəyəm. 2014-cü ilin aprelindən 2015-ci ilin noyabrına qədər mənə vəd olunan pulu vermədi. Hələ bu aralıqda məndən 200 manat aldı ki, az sonra qaytarıram. Həmin 200 manatdan yüzünü qaytardı, bu günə qədər 100 manatı da qaytarmayıb: “2015-ci ilin noyabrında isə dedi ki, 18 vaqon taxta yük qalıb Rusiyada. Əlavə 50 min manat da lazımdır ki, ödəyək, taxta gəlsin, sənin pulunu qaytarım. Mən də qohumuma zəng edib dedim ki, 50 min dollar borc versin. O da gəlib pulu verdi.

Sonradan bildim ki, 18 vaqon yük söhbəti növbəti yalandır. O vaqonlara yüklənmiş taxtaları elə sərhəddən keçəndən sonra nağd pula satırmış. Məlum oldu ki, belə dələduzluq hərəkətini çox insana qarşı edir. Hazırda Nərimanov Rayon Polis İdarəsində müstəntiq Canəli Nuriyev tərəfindən Qədim Ədilovun dələduzluq hərəkətləri haqda araşdırma aparılır. Bu adam 2015-ci ilin yayında bizə deyirdi ki, Akif Çovdarov mənim dayımdır. Deyirdi ki, guya kimlərsə taxta alverində onu aldadıblar. Adlarını çəkdiyi şəxsləri sonradan MTN-nə çağırdılar. Məlum oldu ki, Qədim Ədilov özü onları aldadıb, pullarını alıb vermirmiş, üstəlik özlərindən də şikayət edirmiş. Gah polisin, gah da prokurorluğun onun arxasında dayandığını deyirdi”.

X.Yusibov deyir ki, bu gün Keşlə Yük Stansiyasında onun kimi aldadılmış çox adam var: “Qədim Ədilovun 12 mobil telefonu var. Onun bir nömrəsinə zəng edirəm, söndürür. O birinə zəng edirəm cavab vermir. Keşləyə gedib-gələndə gördüm ki, orada mənim kimi xeyli adam var. Saytda Qədim Ədilovun açıqlamalarını oxuyandan sonra Nərimanov Rayon Polis İdarəsinə getdim. Ora şikayət vermişəm. Prezident Administrasiyasına, Baş Prokurorluğa da müraciət yolladım. Güman edirəm ki, bizim şikayətləri də araşdırıb müvafiq tədbir görüləcək”. 

561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46