Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Xəzərdən daha bir meyit tapıldı

Ötən gün günorta saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın hissəsində balıqçılar dənizdə cəsəd görüblər. Onlar bu barədə dərhal Neftçala rayonunun hüquq-mühafizə orqanlarına xəbər veriblər. Nəticədə cəsəd Dövlət Sərhəd Xidmətinin yaxınlıqda üzən gəmisi tərəfindən göyərtəyə götürülüb və Neftçala şəhərinə gətirilib.

Naməlum kişi meyitinin əynində yalnız mayka olduğundan üzərində şəxsiyyətini müəyyən edəcək sənədi tapılmayıb. Hazırda meyitin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçiriləcəyi gözlənilir. İlkin ehtimallara görə, cəsəd “Günəşli” neft yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən birinin ola bilər. Xatırladaq ki, indiyədək itkin düşən neftçilərdən yalnız 8-nin meyiti tapılb, 22 nəfər isə hələ də axtarılır./virtualaz/
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP