Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

«Ya pul ver, ya da işığı gedib Ermənistandan çəkərsən»

Qazaxda iş adamına əcaib təklif: «Ya pul ver, ya da işığı gedib Ermənistandan çəkərsən»

Eldar Carçyev yenin inşa etdiyi Əhəng Zavoduna elektrik xətti çəkdirə bilmir, ondan 84 min manat pul istəyirlər

Qazaxda qəribə vəziyyət yaşanır. İlham Əliyev (əgər saya salan olsa) dəfələrlə bəyan edib ki, sahibkarlar üçün hər hansı bir maneçilik yaradılmamalıdır. Üstəlik, bütün yerli qurumların və rayon rəhbərlərinin diqqətinə çatdırılıb ki, iş adamlarına zəruri olan bütün şərait yaradılsın.

Amma Qazaxda bunun tam tərsi baş verir. İş adamı Eldar Carçıyev Ermənistanla həmsərhəd olan rayonun Xanlıqlar kəndi ərazisində 120 nəfərin işləyə biləcəyi yen Əhəng Zavodu inşa edib. Bütün zəruri avadanlıq və texnikanın quraşdırılmasından sonra zavodun işə salınması üçün zəruri olan elektrik xəttini çəkdirə bilmir.

Belə ki, Carçıyev üzləşdiyi problemdən dolayı bütün rəsmi qurumlara müraciət edib. Lakin indiyə qədər problemi aradan qaldırmaq mümkün olmayıb. Onun dediyinə görə, Əhəng Zavoduna elektrik xəttinin çəkilməsi üçün 84500 manat pul istənilir. Bu pulu isə «Azərenerji» ASC-nin məsul işçiləri Ziyaddin və Qədir adlı şəxslər istəyirlər. Hər iki şəxs sahibkara bildirirlər ki, onlarla razılaşma əldə olunmasa, Eldar Çarçıyev texniki şərti almaq üçün 5-6 yüz min manat xərcləməli olacaq. «Yəni, işıq xəttini Qazax rayonundan deyil, Ağstafa və ya Tovuz rayonundan çəkilməsinə icazə verəcəklər. Ziyəddin və Qadir adlı şəxslər o qədər əndazəni aşıblar ki, mənə elektrik xəttini Ermənistandan çəkməyi tövsiyyə edirlər».

Eldar Carçıyev sonda dövlət başçısına mətbuat vasitəsi ilə müraciət edərək, üzləşdiyi problemin aradan qaldırılması üçün ondan yardım istəyib. İş adamı vurğulayıb ki, 120 ailənin qazanc yeri olacaq bir zavodun bir neçə məmurun özbaşınalığı üzündən istifadəsiz qalması heç bir kriteriyaya sığmır. «İnanıram ki, sahibkarlığın inkişafına yardımçı olan Siz bu məsələylə bağlı konkret addımlar ataraq, problemi həll edəcəksiniz»./jam/
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu